Hansı vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçota alındığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Aşağıdakı vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar:

– təbii inhisar subyektləri;

–  xüsusi vergi rejimli müəssisələr;

Aşağıdakı tələblərdən birinə cavab verən vergi ödəyiciləri:

– işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan;

– balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan.

Göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilir.