Katod və drenaj mühafizəsi qurğularının hasarları, xəbərdaredici nişanları olmalı, həmçinin qıfılla bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Katod polyarizasiyası üsulu ilə izolyasiyanı yoxladıqda generator və ya başqa elektrik qida mənbəyi ancaq sxemin bütövlükdə yığılmasından sonra qoşulmalıdır. Sxemin sökülməsi yalnız qida mənbəyi açıldıqdan sonra yerinə yetirilməlidir.