Ekspertə etirazın hansı qaydada həll edildiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspertə etiraz aşağıdakı qaydada həll edilir:
– ibtidai istintaq və ya təhqiqat aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;
– cinayət işinə və ya digər materiala məhkəmədə hakim tərəfindən təkbaşına baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;
– cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.