Tikililərin və ya kommunikasiyaların mühafizə zonalarında hündürlükdə işlərin yerinə yetirilməsi zamanı naryad-buraxılış sənədi bu tikilinin və ya kommunikasiyanın sahibinin yazılı razılığı olduğu halda verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Naryad-buraxılış sənədi tərtib olunmaqla hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək üçün aşağıdakılar təyin olunur:
– rəhbərlər və mütəxəssislər sırasından naryad-buraxılış sənədi vermək hüququna malik vəzifəli şəxslər;
– rəhbərlər və mütəxəssislər sırasından məsul iş rəhbəri;
– fəhlələr (briqadirlər, manqabaşı və yüksəkixtisaslı fəhlələr) sırasından məsul iş icraçısı.