İşləyən zaman daşınan yük qarmağa etibarlı şəkildə bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əks gedişli tutacağın hərəkəti dartılmadan və ilişmədən rəvan olmalıdır. Dartıcı mexanizm və kanat bir düz xətt boyunca yerləşməlidir.
Aşağıdakı hallarda lingli bucurqadların istismarına yol verilmir:
– düz gedişli tutacağın hərəkət istiqaməti dəyişərkən kanat sürüşdüyü zaman;
– bir gedişə kanat kifayət qədər dartılmadığı zaman;
– dartıcı mexanizmin sıxaclarından kanat sərbəst keçdiyi zaman;
– qoruyucu ştiftlər və fiksatorlar kəsilən zaman.