Kanatın korroziyaya məruz qala bilən bərkitmə detalları korroziyaya qarşı örtüyə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Müəssisədə istehsalçının istismar sənədlərinə uyğun olaraq kanatların istismarı üzrə təlimatlar müəyyən olunmuş qaydada işlənilməli və təsdiq edilməlidir. Əgər kanata xarici baxış keçirilmə nəticəsində onun detalları üzərində zədələr və ya çatlar aşkar edilməyibsə, o zaman onun istismarına icazə verilir. Bu halda kanatın bağlandığı binaların, tikililərin və başqa qurğuların konstruktiv elementlərində də istismar zamanı hər hansı zədələr (dağılmalar) və ya çatlar aşkar olunmamalıdır.