Mexanizmin müəyyən olunmuş işçi yükdən artıq yüklənməsinə (sınaq istisna olmaqla) və ya daha ağır yük qaldırmasına, eləcə də müvafiq siqnal sistemləri olmadan yükqaldırıcı mexanizmlərin və qurğuların istismar olunmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İnsanların qaldırılması üçün nəzərdə tutulan liftlər qaldırıcı qurğu ilə elə təchiz olunmalıdır ki, insanların yıxılmasının və ya qapıları bağlı olduğu halda lift ilə qaldırıcı qurğunun tərpənməz konstruksiyası arasına düşməsinin, eləcə də əks yüklərlə və ya yuxarıdan düşə bilən əşyalarla xəsarət almasının qarşısı alınsın.