Cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək, tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq, həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq, müayinəyə məruz qalmaq, ekspertiza aparılmasına məruz qalmaq şübhəli şəxsin vəzifələri sırasındadır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.