Monolit-yığma, iripanelli və çoxmərtəbəli konstruksiyaların quraşdırılması icra planı üzrə yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İcra planının məzmununda əlavə olaraq, aşağıdakı məlumatlar əks olunmalıdır:
– quraşdırılan konstruksiyaların spesifikası;
– bu əməliyyatlar prosesində balanssızlıq, dayanıqsızlıq və ya əyilmələr istisna olmaqla, onların təhlükəsiz quraşdırılmasının texniki üsulları, quraşdırılan daşıyıcı konstruksiyaların qaldırılma və quraşdırılma üsulları;
– konstruksiyanın elementlərində armaturun vəziyyətinin və yerləşdirilməsinin göstərilməsi;
– elementlərə və bütövlükdə konstruksiyaya təsir edən yol verilən yüklər;
– tələb edilən nərdivanların, ayaqaltıların, taxtabəndlərin, taxta döşəmələrin, platformaların, qaldırıcı qurğuların, montaj nənnilərinin və digər analoji vasitələrin, mobil iş platformalarının tətbiqi.