Şəmkirdə bədbəxt hadisə baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Kənd ərazisində 3 nəfəri – Əkbər Bağırov, İsmət Məmmədov və Adil Böyükkişiyevi elektrik cərəyanı vuraraq öldürüb.

Məlum olub ki, rayonun Könüllü kənd sakinləri 1994-cü il təvəllüdlü Əkbər Bağırov, 1986-cı il təvəllüdlü Qismət Məmmədov və Ağstafa rayonun Dağkəsəmən kənd sakini Adil Böyükkişiyev dəmir nərdivanı aparan zaman 10 min voltluq hava xəttinə toxunub.

Nəticədə onları elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.