Yalnız aşkar olunan pozuntular aradan qaldırıldıqdan sonra briqada üzvləri yenidən işə buraxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Naryad-buraxılış sənədini verən və ya bu sənədi vermək hüququna malik olan işçiyə briqadanın tərkibini dəyişdirməyə icazə verilir. Briqadanın tərkibinin dəyişdirilməsi barədə göstərişlər naryad-buraxılış sənədində öz imzası ilə göstəriş verən işçinin soyadı, adı, atasının adını yazan məsul iş rəhbərinə və ya məsul iş icraçısına telefon, radiorabitə vasitəsilə və ya birbaşa ötürülür.