İspaniyanın Malaqa şəhərində qaydalarına əməl etməyən turistlər 750 avroya qədər cərimələnəcək.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, bu il İspaniyanın məşhur yay məkanlarından biri olan Malaqaya 14 milyon turist gəlib.

Yerli fəallar Malaqanın turistlər üçün əyləncə parkına çevrildiyini iddia edərək ziyarətçiləri, xüsusən də gecə həyatı və klublar üçün gələnləri tənqid ediblər.
Euronews bildirir ki, Malaqa yerli şurası bu problemlərin həlli yollarını tapmaq üçün turizm qaydalarını yeniləyib.
Turistlərin tez-tez şəhərdə üstsüz və ya çimərlik paltarında gəzməsindən şikayət edən şəhər sakinlərinin tələblərinə uyğun olaraq, ictimai yerlərdə üst açıq və ya alt paltarında gəzmək qadağan edilib.
Bu qaydaya əməl etməyənlər 750 avroya (1427 manat) qədər cərimə olunacaqlar.