Anker xəttinə dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Anker xəttinin hər kanatı aşağıdakı məlumatlar daxil olan markalanmaya malik olmalıdır:

– əmtəə nişanı (və ya istehsalçı müəssisənin qısa adı);

– qırıcı statik qüvvənin əhəmiyyəti;

– kanatın uzunluğu;

– hazırlanma tarixi (ay, il);

– kanatın hazırlandığı standartın və ya texniki şərtlərin işarəsi.