Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılması işəgötürən tərəfindən yaradılmış attestasiya komissiyası tərəfindən həyata keçrilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılmasının nəticələri protokolla rəsmiləşdirilir. Protokolda yoxlamanın keçirildiyi tarix, yoxlama keçən şəxsin soyadı, adı, atasının adı və yoxlamanın nəticələri göstərilir. Protokolu attestasiya komissiyasının üzvləri imzalayırlar.