Bucurqadların quraşdırılma yeri, bərkidilmə üsulları, eləcə də blokların yerləşdirilməsi icra planında göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bucurqadın quraşdırılma yeri aşağıdakı tələblərə əsaslanaraq seçilməlidir:
– bucurqad yüklərin qaldırılması və daşınması üzrə işlərin aparıldığı zonadan kənarda olmalıdır;
– bucurqadın quraşdırıldığı yer iş zonasının görünüş sahəsini və qaldırılan (daşınan) yükün vizual müşahidəsini təmin etməlidir;
– bucurqadın etibarlı şəkildə bərkidilməsi, kanatın bucurqadın barabanına bağlanması və düzgün istiqamətdə sarınması təmin edilməlidir;
– Bucurqada gedən kanat insanların keçdiyi yolu və keçidləri kəsməməlidir.