Hər iki işçi 2-ci qrupa malik olmalı, ağacların kəsilməsi (qırılması) üzrə işlərin təhlükəsiz yerinə yetirilmə üsulları və qaydaları üzrə xüsusi hazırlıq keçməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hündürlükdə bir iş yerindən digərinə təhlükəsiz keçmək üçün sığorta sistemləri tətbiq edilməlidir. Bunların tərkibində anker qurğusu kimi sərt və elastik anker xətləri istifadə edilir. Konkret konstruksiyaların anker xətləri, onların tətbiqinin, quraşdırılmasının və istismarının xüsusiyyətlərini müəyyən edən istehsalçı müəssisənin texniki tələblərinə cavab verməlidir.