Liftin şaxta divarının qapıları qaldırıcı qurğunun yalnız yükün doldurulub- boşaldıldığı, insanların minib-düşdüyü meydançada olarkən açılmasını və qapılar açıq olduğu halda meydançadan liftin hərəkətini dayandırmasını təmin edən qurğu ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yükqaldırıcının platformasında görünən yerdə və qaldırıcı mexanizmin üzərində kiloqramlarla yükqaldırma qabiliyyəti barədə aydın, ayırd edilən məlumat, qaldırıcı qurğunun girişində və platforması üzərində insanların qaldırılması üçün istifadə etməyi qadağan edən yazı olmalıdır.