Naryad-buraxılış üzrə işlərin icrasına başlayan işçinin nələrlə tanış olmalı olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Naryad-buraxılış üzrə işlərin icrasına başlayan işçi aşağıdakılarla tanış olmalıdır:
– yerinə yetirilən işlərin növünə və həcminə uyğun olaraq əməyin təhlükəsizliyi təlimatı ilə;
– iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik şərtləri və vəziyyəti ilə, sağlamlığa zərər verə biləcək mövcud risklərlə, işlərin təhlükəsiz yerinə yetirilmə qaydaları və üsulları ilə;
– zərərli və təhlükəli istehsal faktorlarının təsirindən mühafizə üzrə tədbirlərlə;
– kollektiv və fərdi mühafizə vasitələrinin mövcud olması və vəziyyəti ilə, onların tətbiqi üzrə təlimatları ilə;
– daxili əmək intizamı qaydaları və görüləcək işlərin yerinə yetirilməsi rejimləri ilə.