Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həyata keçirilməlidir.