Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər:

– cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror;

– cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılması zamanı – məhkəmə iclasında sədrlik edən;[189]

– məhkəmədə cinayət işinə hakimlər kollegiyası tərkibində baxılması zamanı — hakimlər kollegiyası.