Putindən açıq nüvə təhdidi

25 Sentyabr 2024, 21:54

Rusiya və Belarusa qarşı təcavüz halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə silahından çəkindirmə üzrə daimi iclasında deyib.

Putin qeyd edib ki, Rusiyanın suverenliyinə adi silahlahla belə kritik təhlükə nüvə cavabına zəmin yaradacaq.