Montyor ayaqlıqları (ayaq qarmaqları) hava xətlərinin düzbucaqlı en kəsiyə malik dəmir-beton dirəklərinə, universal ayaqlıqlar – hava xətlərinin unifikasiya edilmiş silindrik və konus dəmir-beton dirəklərinə qalxmaq üçün nəzərdə tutulmuşdur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qarmaqlar və ayaqlıqlar qalıq deformasiya olmadan 1765N (180 kqQ) statik yükə tab gətirməlidir.