Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Sevinc Həsənova bundan əvvəl Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.