Daşıyıcı konstruksiyaların və onların hissələrinin qaldırılması icra planına uyğun, onların təsadüfən fırlanmasını istisna edən üsullarla yerinə yetirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hündürlükdə dülgər işlərini yerinə yetirən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

– tədarük olunan materialların, alətlərin və avadanlığın səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;

– hərəkət edən maşın və mexanizmlər;

– vibrasiya (titrəyiş).