Tal sistemlərinin texniki yoxlanması sənədlərdə göstərilmiş yüklərlə və müddətdə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Tal sisteminin vəziyyəti hər istifadədən əvvəl yoxlanılır. Yükü qarmaqla daşımaq və ya elektrik tal sistemi ilə qaldırılan yükü geri dartmağa yol verilmir. Yük qaldırılarkən yük kanatının şaquli xətdən meyl etməsi 5o-dən çox olmamalıdır. Polispastlar yığılarkən və yük qaldırılarkən diqqət yetirilməlidir ki, hərəkətli və hərəkətsiz sarğılar (qurşaqlar) bir-birinə paralel olsun.