Anker xətləri binanın, tikilinin konstruktiv elementlərinə bərkidilmək üçün qurğu ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kanatdan istifadə edilərkən onun dartılması üçün təyin olunan qurğu bərkidilən nöqtələr arasındakı məsafədən asılı olaraq quraşdırılmanın, çıxarılmanın, yerini və uzunluğunu dəyişdirmənin rahatlığını təmin etməlidir. Anker xəttinin detallarının konstruksiyası işçinin əllərinin xəsarət alma ehtimalını istisna etməlidir.