Bir blokun digərinə nisbətən çəpəki vəziyyətdə olması kanatın blokdan sürüşməsinə səbəb ola bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Yüklər nəql olunarkən tövsiyə olunan düyünlər və polispastlar bu Qaydalarda (17 nömrəli Əlavə) nəzərdə tutulmuşdur. Kanatın dartan (qaçan) ucu bucurqada tərəf elə yönəldilməlidir ki, polispastın blokunda əyrilik (çəplik) əmələ gəlməsin.