Kanatla yanaşma sistemlərində birləşdirici yarımsistemlərin anker qurğusuna bağlanması üçün düyünlərdən istifadə olunması yolverilməzdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Alətlərin, inventarın, qurğu və materialların asılması üçün istifadə olunan düyünlər, eləcə də kanatlarda tətbiq edilən uzatmalar icra planında göstərilməli və iş zamanı boşaldılmamalı və ya açılmamalıdır.