İzolyasiyanın keyfiyyətini yoxlamaq üçün tətbiq olunan defektoskopla, qalınlıq ölçən cihazla işləməyə təhlükəsizlik qaydalarını bilən və yüksək gərginlik altında (1000V-dan yuxarı) olan avadanlıqlarla işləməyə icazəsi olan şəxslər buraxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu halda işçilərin birinin elektrik təhlükəsizliyi üzrə ən azı IV qrupu olmalıdır.