Naryad-buraxılış sənədini verən şəxs sənəddə müvafiq qeyd aparmaqla briqadanın başqa işə keçirilməsini məsul iş rəhbərinə və ya məsul iş icraçısına həvalə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş növbəsinin başa çatması ilə əlaqədar işdə yaranan fasilələr zamanı briqada hündürlükdəki iş yerini tərk etməlidir.. Məsul iş icraçısı naryad-buraxılış sənədini məsul iş rəhbərinə və ya sənədi verən şəxsə təhvil verməlidir. O olmadığı halda sənədi naryad-buraxılış üçün ayrılmış yerə qoymalıdır.