Bucurqad binada quraşdırılarkən binanın sütununa, damın dəmir-beton və ya metal tirinə və divarın başqa elementlərinə polad kanatla bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu halda kanatın diametri və burumlarının sayı bucurqadın yükqaldırma qabiliyyəti üzrə 6-dan kiçik olmayan möhkəmliyin ehtiyat əmsalı ilə hesablanmalıdır. Bucurqadı ramaya (çərçivəyə) bərkidirlər, bu zaman ramanı qaynaq etməyə yol verilmir.