Ərizəçinin hüquqları məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ərizəçi aşağıdakı hüquqlara malikdir:
– cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surətini aldığı vaxtdan 5 (beş) gün müddətində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək;
– cinayət prosesinin iştirakçısı qismində tanınması üçün ərizə verildiyi gündən 1 (bir) ay müddətində onun ərizəsi üzrə qərar çıxarılmadıqda, ərizəyə baxmalı olan cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəməyə şikayət vermək və ya məhkəmə vasitəsi ilə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək.