“Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.

 

Nazirlik Rusiyadakı “Google” xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı tövsiyə edib.

Qeyd edək ki, Rusiya mobil operatorları ilə “Google” hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəyə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.