Söykəmə nərdivanlarla mərtəbələrarası tirlərin, çardaq örtüklərinin düzülməsi, tavanın altdan vurulması, eləcə də tirlərin düzülməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Göstərilən işlər ayaqaltılar üzərində yerinə yetirilməlidir. Mərtəbələrarası və ya çardaq örtüklərinin tirlərinə düzülmüş müvəqqəti taxta döşəmələrin lövhələri bir birinə yanaşı, birləşdiyi yerləri isə tirlərin oxu boyunca yerləşdirilməlidir.