İşəgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarlarıın, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməlidir.