Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər işlərin icra edilmə yerini və həcmini müəyyən etməli, naryad-buraxılış sənədində istifadə olunan avadanlığı və mexanikləşdirmə vasitələrini göstərməli,  məsul iş rəhbərinə və ya iş içraçısına naryad-buraxılış sənədinin iki nüsxəsini verməli, bu barədə naryad- buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər etməli, məsul iş rəhbərini naryad-buraxılış sənədinə əlavə edilən layihə sənədi, texnoloji sənədlərlə, hasarlanmanın sxemi ilə tanış etməli,  naryad-buraxılış sənədində nəzərdə tutulmuş işlər icra olunarkən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti təşkil etməli, işlər başa çatdığında naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər olunmaqla bağlanılmış naryad-buraxılış sənədini məsul iş rəhbərindən qəbul etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.