Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İxtisas səviyyəsi (dərəcəsi) peşə-iхtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilir. Hündürlükdə işləri yerinə yetirən işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər.