Müstəntiqin və ya təhqiqatçının cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı, qanunun əhəmiyyətli dərəcədə pozulması halları istisna olmaqla, həmin cinayət işi üzrə ibtidai araşdırmada onun sonrakı iştirakını istisna etmir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir.
Müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir.