İnsanların qaldırılması üçün təyin olunan və ya icazə verilən qaldırıcı qurğunun platformasında və ya liftində görünən yerdə eyni vaxtda qaldırıla biləcək insanların maksimal sayı göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qaldırılma, yerdəyişmə, aşağı endirilmə prosesində yük (yükün hissələri) onun düşmə imkanını istisna edən etibarlı stropla tutma və ya dayaq sisteminə malik olmalıdır. Qaldırılacaq yükün kütləsi qaldırılmadan əvvəl müəyyən edilməlidir.