Söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarını istisna etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materialdan başmaqlar taxılmalıdır.