Ayırıcı blokların kanatını uzunluğu boyunca istənilən yerində bloka dolamağa imkan verən, sökülə bilən konstruksiyasını tətbiq etmək tövsiyə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ayırıcı bloklar elə yerləşdirilməlidir ki, onlardan keçən kanatın dartıcı ucu polispastın blokuna çəpəki sarınmasın. Polispastları təchiz edərkən müxtəlif yükqaldırma qabiliyyətinə malik olan blokları tətbiq etməyə yol verilmir.