Boru və yeraltı metal qurğuların korroziyaya qarşı izolyasiyasının vəziyyətinə nəzarət xidmətinin hansı işləri yerinə yetirdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Boru və yeraltı metal qurğuların korroziyaya qarşı izolyasiyasının vəziyyətinə nəzarət xidməti aşağıdakı işləri yerinə yetirir:
– boru kəmərlərinin və yeraltı metal kommunikasiyaların korroziyadan mühafizəsini;
– elektrokimyəvi mühafizə qurğularının qaydalara və idarə təlimatlarına uyğun olaraq istismarını;
– elektrometrik ölçmələr aparmaq yolu ilə antikorroziya izolyasiyasının vəziyyətinə vaxtlı-vaxtında nəzarəti;
– yeni elektrokimyəvi mühafizə cihaz və avadanlıqlarının sınağını və tətbiqini, daha da mükəmməl mühafizə texnologiyalarının istifadəsini;
– elektrikləşmiş dəmir yollarının, dartı yarımstansiyalarının, sabit cərəyan elektrik veriliş xətlərinin azmış cərəyan mənbələrinin yoxlanılmasını.