Bucurqad torpaq üzərində quraşdırıldığı zaman o, lövbəri vasitəsilə və ya əks ağırlıqlı dayaqla bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bucurqadın dayanıqlığı hesablama yolu ilə yoxlanılır. Torpaqda quraşdırılan və qaldırıcı ayaqaltıların daşınması üçün tətbiq edilən bucurqadlar onun dartıcı qüvvəsindən ən azı iki dəfədən çox olan tarazlaşdırıcı yüklə yüklənir. Ballast bucurqadın ramasına bərkidilir. Yükün aşağı vəziyyətində bucurqadın barabanında kanatın burumlarının sayı ikidən az olmamalıdır.