Bütövlükdə kanatın kütləsi konkret konstruksiyaların kanatlarına aid standartlar və texniki şərtlərlə müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Keçid körpülərin quraşdırılması mümkün olmadığı halda və ya hündürlükdə, iş yeri hüdudlarında işçinin yerdəyişməsini tələb edən xırda işlər yerinə yetirilərkən və maili səth üzrə işçinin sürüşmə imkanı olmadıqda üfüqi vəziyyətdə yerləşdirilmiş anker xətləri tətbiq olunmalıdır.