Elektrik qurğularının istismarını xüsusi hazırlanmış elektrotexniki (elektrotexnoloji) heyət aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularına xidmət edən heyətin biliyi ildə bir dəfə yoxlanılmalı, elektrik təhlükəsizliyi üzrə müvafiq qrupu və müəyyən olunmuş formada bu haqda vəsiqəsi olmalıdır. Bu halda elektrik təsərrüfatına cavabdeh olan şəxsin (baş energetik) qrupu olmalıdır: V – əgər xidmət edilən elektrik qurğularının gərginliyi 1000 V-dan yüksəkdirsə və IV – həmin qurğuların gərginliyi 1000 V-a qədərdirsə.