Məsul iş icraçısı naryad-buraxılış sənədinin özündə olan nüsxəsində işlərin bitməsini imzası ilə təsdiqləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hazırlanmış iş yerlərində sonrakı iş növbəsinə təkrar icazənin verilməsini məsul iş rəhbəri həyata keçirir. Məsul iş icraçısı məsul iş rəhbərinin icazəsi ilə naryad-buraxılış sənədində müvafiq qeyd aparmaqla hazırlanmış iş yerinə briqada üzvlərini buraxır.