İşəgötürənin daha bir vəzifəsi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər aşağıdakı texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir:

– İcra planının hazırlanması və yerinə yetirilməsini, yaxud işlərin icrasına aid texnoloji xəritələrin işlənməsi və təsdiq edilməsini, iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri;

– hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə, naryad-buraxılışın verilməsinə, qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının tərtib olunmasına, eləcə də fərdi mühafizə vasitələrinə xidmət və vaxtaşırı baxış keçirilməsinə cavabdeh şəxslərin təyin edilməsi daxil olan təşkilati tədbirləri.