İş yerinə baxış keçirilməsi məsul iş icraçısının iştirakı ilə məsul iş rəhbəri tərəfindən yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş yerinə baxış keçirilərkən işçinin düşməsinə səbəb ola biləcək təhlükələr, o cümlədən aşağıdakılar müəyyən edilməlidir:
– anker qurğularının etibarsızlığı;
– işlərin icra olunduğu zonada kövrək (dağılan) səthlərin, açılan və ya bağlı olmayan lüklərin, dəliklərin olması;
– hasarlanmayan hündürlük fərqi olan sürüşkən işçi səthlərin olması;
– inşaat ayaqaltılarının, taxtabəndlərin, asma nərdivanın, söykəmə nərdivanın, qaldırıcı kranın səbəti üzərində işləyərkən onların dayanıqlığının pozulması, dağılması və ya aşması ilə işçinin mümkün ola bilən tarazlığını itirməsi;
– konstruksiyanın, avadanlığın və ya onun elementlərinin bilavasitə üzərində işləyərkən dağılması.