İşçilər hündürlükdə işlərə hansı halda buraxıldıqları açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Aşağıdakılar yerinə yetirildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar:

– əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan sonra;

–  əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından sonra;

– hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra.