İstisna hallarda (təcili təxliyyə, həyat üçün təhlükə) yuxarıdan düşmə riskinin qiymətləndirilməsini nəzərə alaraq, kanatla yanaşma və sığorta sistemlərində eyni vaxtda istifadə etmək üçün bir kanatdan istifadə olunmasına icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kanatla yanaşma sistemindən istifadə olunmaqla yerinə yetirilən işlərin müddəti 30 dəqiqədən çox olarsa, o zaman oturacaqdan istifadə olunmalıdır.